Az | Ru | En
Şirkətimiz / Şirkət haqqında

Pəncərə və qapılar –istənilən binanın tikintisi zamanı ən vacib komponentlərdən biridir. Keyfiyyətli və gözəl pəncərə və qapılar yalnız göz oxşamır, həm də bütün interyerə xüsusi atmosfer verir, əlverişsiz hava şərtlərindən qoruyur, xüsusi rahatlıq bəxş edir.

2005-ci ildə fəaliyyət göstərməyə başlayan “PANO” ASC fasad, qapı və pəncərə profillərinin istehsalı üzrə Azərbaycanda lider mövqeyi tutur.

Şirkət pəncərə və qapılar üçün alüminium profillərin, WPС ekstruziya məhsullarının, pəncərə altılar üçün örtüklərin, interyer və eksteryer üçün dekinq-məhsulların, taxtadan hazırlanmış daxili və xarici qapıların, taxtadan üzləmə məhsulların istehsalı ilə məşğul olur.

Bundan başqa biz istehsal etdiyimiz məhsulların təmiri, quraşdırılması və onları servis xidmətlərinin göstərilməsi üzrə xidmətlər təklif edirik.

Fabrikimizin istehsal sahəsi 15000 kv.m , qapalı anbarın sahəsi - 3000 kv.m, açıq anbarın sahəsi isə 8000 kv.m təşkil edir.

Bununla yanaşı biz Almaniyanın VEKA şirkətinin qapı və pəncərə sistemlərinin yığılma və quraşdırması, eləcə də PVX profili istehsalı üzrə rəsmi və sertifikatlı distributoruyuq. Ekstruziya sahəsində çoxillik təcrübəyə malik olan VEKA qapı və pəncərələr üçün plastik profillərin işlənib hazırlanması və istehsalı sahəsində pionerlərdən biridir. Bu alman şirkətinin məhsulları - müstəsna keyfiyyətə malik xüsusi yüksək keyfiyyətli plastikdən hazırlanan pəncərə və qapı profilləri - tikinti şirkətlərinə, memarlara və şəxsi sifarişçilərə yaxşı məlumdur.

Əlavə etmək lazımdır ki, ASC- nin missiyası müştərilərin zövqlərinin və yüksək keyfiyyət standartlarının nəzərə alınması ilə yerli bazarda müxtəlif tikinti məhsullarını təklif etməkdən ibarətdir. Bundan başqa məhsul ekoloji təmiz olmalı, öz dövrü üçün aktual tərtibata malik olmalı və ən münasib qiymətlərlə satılmalıdır.

Biz şirkətimizdə təmsil olunan bütün istiqamətləri davamlı olaraq inkişaf etdirəcəyik. Bundan başqa PANO Şirkəti həm də multi- və yüksək təyinatlı damların konstruksiyalarının, metal konstruksiyaların və skylight konstruksiyalarının layihələndirilməsi üzrə xidmətlər də təqdim edir, belə ki, biz qazandığımız uğurlarla kifayətlənmirik və gələcəkdə də fəaliyyət sahələrimizi genişləndirməyə davam edəcəyik.

foto   foto   foto  
Tərəfdaşlar
Tamamlanmış Layihələr
PANO Layihələr   PANO Haqqında   PANO Məhsullar    
© 2005-2014 PANO Bakı, Azərbayan. AZ 1042
PANO Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Suraxanı r-nu Bül-bule qəs., Samir Əliyev 127.